Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bacanağının fermasında qətl törədən şəxslə bağlı QƏRAR

597
Paylaş:
Bacanağının fermasında qətl törədən şəxslə bağlı     QƏRAR

Ali Məhkəmədə Tovuz rayonunda qətl törətməkdə təqsirləndirilən Elvin Əhmədovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əhmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə bu ilin fevral ayının 8-i saat 01 radələrində Ceyrançöl qış otlaq sahəsinin Tovuz rayonunun ərazisinə düşən hissəsində yerləşən fermada qeydə alınıb.

İttihama görə, hadisədən bir gün əvvəl E.Əhmədov ailə üzvləri ilə birlikdə bacanağı Rahil Qeybalıyevə məxsus fermaya qonaq gedib. O, fermada yaşayan 1984-cü il təvəllüdlü İlqar Məmmədov və digər şəxslərlə birlikdə spirtli içki qəbul edib. Bu zaman İ.Məmmədov E.Əhmədovun ailə üzvlərinin yanında bacanağının ünvanına nalayiq ifadə işlədib.

Daha sonra onun İ.Məmmədovla arasında sözlü mübahisə yaranıb. Nəticədə E.Əhmədov İ.Məmmədovu mətbəx bıçağı ilə qətlə yetirib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

E.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər