Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Azərbaycanın müəyyən təmkin göstərərək ya lokal, ya da “Qisas” əməliyyatı şəklində cavab tədbirləri həyata keçirəcəyi güman edilir” - RƏY

855
Paylaş:
“Azərbaycanın müəyyən təmkin göstərərək ya lokal, ya da “Qisas” əməliyyatı şəklində cavab tədbirləri həyata keçirəcəyi güman edilir” -       RƏY

“Qarabağda ürəyə yatmayan xeyli proses gedir. Erməni silahlı qüvvələrinin qeyri-qanuni birləşmələri 44 günlük müharibədən sonra yenə də həmin ərazilərdə qalmaqdadır. Rus sülhməramlıları üçtərəfli görüşdə nəzərdə tutulan öhdəliklərini yerini yetirmir, ermənitərəf mövqe tutur, Qarabağda rus icması, rus mərkəzi yaradırlar. Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir. Hətta Suqovuşan belə uydurma erməni adları ilə adlandırılır. Sözün həqiqi mənasında könül bulandıran, Azərbaycanın suverenliyi əleyhinə çevrilmiş müddəalar səsləndirilir. Ona görə də bölgədə kifayət qədər gərginlik yaşanır. Sülhməramlıların vaxtında əvvəl Qarabağ ərazisindən çıxarılması məsələsi də gündəmdədir. Zənnimcə, bunun üçün də mümkün şərait yetişəcək”.

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Rusiyanın vassalı olan Ruben Vardanyan həftədə bir-iki dəfə mitinq keçirir, mitinqlərdə anti-Azərbaycan şüarları səsləndirilir, Azərbaycanın suverenliyinə zidd olan müxtəlif fkirlər irəli sürülür: “Bütün bunlar onu göstərir ki, Qarabağda proseslər tamamilə separatçı xarakter daşımaqla yanaşı, anti-Azərbaycan yönlüdür, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib. Bu proseslərin baş rejissoru isə Rusiya, Rusiyanın Müdafiə Nazirliyi və digər qurumlarıdır. Laçın dəhlizi vasitəsilə Qarabağ ərazisinə həm 102-ci briqadanın silahları daşınır, həm də Ermənistandan gətirilən silahlar Qarabağ ərazisinə ötürülür. Son dövrlərə qədər yalnız təmas nöqtəsində sərhəd pozuntuları baş verirdisə, indi sərhəd pozuntuları Azərbaycanın suveren ərazilərinə daşınıb və bu ərazilərdə Şuşaya, Tərtərə atəşlər açılır. Bu, tamamilə dözülməz haldır. Güman edirəm, Azərbaycan bununla bağlı təkcə etiraz etməyəcək, həm də müəyyən təmkin göstərərək ya lokal, ya “Qisas” əməliyyatı şəklində cavab tədbirləri həyata keçirəcək”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər