Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyi yaradıldı

637
Paylaş:
Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyi yaradıldı

Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında" qanunu imzalayıb.

Pravda.az xəbər verir ki, bununla da Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyi təsis edilib.

Dövlət başçısı eyni zamanda, Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməlidir. Eyni zamanda bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi Daimi Nümayəndəliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Paylaş:

Ən son xəbərlər