BURADA REKLAMINIZ OLA
BİLƏR

II Elizabetin ölümünə nə səbəb olub?

Böyük Britaniya Kraliçası II Elizabet həyatının son illərində əziyyətli xərçəng xəstəliyilə mübarizə aparıb.

 

Bunu Krallığın bioqrafı Caysl Brandert deyib. II Elizabetin rəsmi ölüm səbəbi yaşlılıq olaraq göstərilmişdi. Amma Brandert iddia edir ki, əslində sümük iliyi xərçənginin nadir forması monarxın həyatına son qoyub.

 

“Mən eşitmişdim ki, Kraliçada mielomalar forması var. Bu diaqnoz onun yorğunluğunu, çəki itirməsini izah edir. Hazırda xərçəngin bu növündən müalicə yoxdur” , - deyəə Brandret II Elizabet haqqında yeni kitabında yazıb.

 

Xatırladaq ki, II Elizabet 2022-ci il sentyabrın 8-də 96 yaşında vəfat edib. Onun ölümündən sonra böyük oğlu Çarlz yeni monarx olub.

 

Oxu.az

Tarix: 27 Noyabr 2022, 09:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin