“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvanda apardığı əməliyyatın başlanğıcı DTX Naxçıvan Baş idarəsini yaradanda qoyulmuşdu”. Pravda.az xəbər verir ki, bunu “AzPolitika.info”-ya təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl DTX-nın Muxtar Respublikada keçirdiyi əməliyyatları şərh edərkən deyib.
“Müstəqilliyimizdən üzü bəri Naxçıvan Muxtar Respublikasına verilmiş hədsiz səlahiyyətlər Naxçıvanı rəsmi Bakının təsirindən xeyli uzaqlaşdırmışdı. Faktiki olaraq, Naxçıvana getmək naxçıvanlı olmayan Azərbaycan vətəndaşları üçün problemli olub. Naxçıvandakı güc strukturları isə Bakıya hesabat verməkdən yayınırdılar. Mülki qurumlara da bir əlahiddəliyin verilməsi bölgə məmurlarını şişirtmiş və özbaşınalığı hədsiz səviyyəyə çatdırmışdır...Buna son verməyin zamanı çoxdan çatıb” - deyə, İlham İsmayıl qeyd edib.