BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan müsəlman ölkələrinə çağırış etdi

“Regionumuzda sabitliyin təmin olunmasına çalışırıq”.

 

Pravda.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və ticarət sahəsində əməkaşlığa dair Daimi Komitəsinin 38-ci iclasında çıxışı zamanı deyib.

 

O bildirib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında müharibənin başa çatmasına çalışır: “Bunun üçün hər iki ölkənin liderləri ilə dostluq münasibətindən də istifadə etdik, nazirləri görüşdürdük”.

 

R.T.Ərdoğanın sözlərinə görə, “Taxıl sazişi”nin uzadılması Afrika qitəsinin aclıq problemlərinin həllinə töhfə verə bilər.

 

Türkiyə lideri müsəlman ölkələrini dünyadakı haqsızlıqlara qarşı birgə mübarizəyə çağırıb. 

 

“Yunanıstandakı müsəlman-türk azlığına qarşı haqsız davranışlar illərdir davam edir. Orada türk azlığına müəllimlərə ana dilində dərs demək qadağan edilib. Müsəlman dünyası buna səssiz qalmamalıdır”, - R.T.Ərdoğan söyləyib.

 

Dövlət başçısı bildirib ki, Türkiyə Suriyadakı xaosun da həllinə çalışır.

 

Report

Tarix: 28 Noyabr 2022, 12:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin