Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə gəlirləri 8 990,9 mln. manat həcmində proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin müvafiq icra göstəricisindən 6 994,8 mln. manat və ya 43,8%, 2022-ci ilin proqnozundan 6 798,2 mln. manat və ya 43,1%, 2022-ci ilin gözlənilən icra göstəricisindən isə 6 137,7 mln. manat və ya 40,6% azdır
Bu, Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə rəy”ində əksini tapıb.