“Bu günlərdə Azərbaycan Prezidenti İranın Azərbaycana qarşı düşmənçilik siyasətini pislədi. Bundan sonra İranın Azərbaycandakı səfiri Prezidentin dəmir yumruğunu İranın bayrağı üzərinə qoyub paylaşdı”.
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.