BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanla bağlı açıqlama: “Təəccüblü nəsə yoxdur”

“Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür. Oradakı həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir”.

 

Bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.

Cavid Osmanov deyib ki, burada hər hansı siyasi çalar, siyasi məna axtarmağa ehtiyac yoxdur: “Araşdırmalar göstərib ki, Naxçıvana gətirilən mallarda külli miqdarda gömrükdən yayınma halları var. Məhz buna görə Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki göstəricidən 10 faiz az göstərilib. Əslində isə bu 10 faizlik fərq Naxçıvana malların gömrükdən kənar gətirilməsi, “yeyinti” ilə bağlıdır”.

 

Deputat nəzərə çatdırıb ki, hər il Naxçıvana dövlət büdcəsindən 500 milyon manat dotasiya verilir, Naxçıvanın öz gəliri isə 180 milyon manat göstərilir: “Amma əslində bu, real rəqəm deyil. Əgər yalnız gömrükdə 100 milyon manatdan artıq mənimsəmə faktı aşkarlanıbsa, ümumilikdə yeyinti və mənimsəmənin səviyyəsini təxmin etmək olar. Bu gün Naxçıvanda quruculuq, tikinti, abadlıq işləri birbaşa Prezident İlham Əliyevin siyasətidir. Bu məqsədlə Naxçıvana lazımi vəsait ayrılır, bu məsələdə sui-istifadə, mənimsəmə hallarına yol verənlər sərt cəzalandırılacaq. Digər dövlət qurumları kimi, Gömrük Komitəsinin də Naxçıvanda birbaşa tabeliyində olan idarə formalaşdırması normal praktikadır və burada təəccüblü nəsə yoxdur”./APA

Tarix: 30 Noyabr 2022, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin