BURADA REKLAMINIZ OLA
BİLƏR

Ər kişi ginekoloqu döydü: Arvadıma niyə baxırsan?

Kişi "arvadıma nə baxırsan" dedikdən sonra ginekoloqu döyüb.

 

İzmirdə kişi doğum həkiminin döyülməsi böyük əks-səda doğurub. Hadisə ilə bağlı yeni təfərrüatlar da ortaya çıxıb. Məlum olub ki, həmin şəxs "Arvadıma nə baxırsan?” dedikdən sonra həkimə hücum etməyə başlayıb.

 

Tepecik Doğum Xəstəxanasında ginekoloq Furkan Balcı və həyat yoldaşı A.K.-nın müayinəsi üçün qadın həkim tələb edən M.A.K arasında mübahisə yaranıb. Mübahisə zamanı M.A.K həkim Balcıya yumruq atıb. Burnu qırılan Balcı müalicə olunub, M.A.K isə polis tərəfindən nəzarətə alınıb. Hadisədən sonra Balcıya verilən məhkəmə-tibbi ekspertiza rəyində zədənin sadə tibbi müdaxilə ilə bərpa oluna bilməyəcəyi, kəllə-beyin travması alan xəstənin həyati təhlükəsi olduğu bildirilib.

 

M.A.K-ın ifadəsində "Həkim həyat yoldaşımla pis davrandı. Mən onu vurdum. Çölə çıxanda aramızda mübahisə düşdü", - deyə bildirib./Azxeber.com

Tarix: 1 Dekabr 2022, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin