BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur aktyorun küçədə meyiti tapıldı

Nyu-York polisi 2018-ci ildə “Yaşıl kitab” filmində ikinci plan rollarından birini canlandıran aktyor Frenk Vallelonqanın meyitini küçədə tapıb.

 

Bu barədə “Deadline” portalı məlumat yayıb.

 

Bildirilib ki, aktyor 61 yaşında dünyasını dəyişib. Meyit bazar ertəsi tapılıb, lakin yalnız cümə axşamı tanınıb.

 

Məlumata görə, ölümün səbəbi hələ müəyyən edilməyib, lakin “New York Post” qəzeti mənbələri bildiriblər ki, adam həddindən artıq dozada maddə qəbulundan ölmüş ola bilər.

 

Vallelonqa real hadisələr əsasında çəkilmiş “Yaşıl kitab”da aktyorun atası olan baş qəhrəmanın qardaşı Rudi Vallelonqa rolunu canlandırıb.

 

Report

Tarix: 2 Dekabr 2022, 07:57   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin