Kolumbiyanın Səhiyyə Nazirliyi ölkədə COVID-19-a yoluxanların sayının artmasını nəzərə alaraq maska taxmağı məcburi qayda kimi yenidən tətbiq etdiyini açıqlayıb.
Kolumbiyanın səhiyyə naziri Karolina Korço açıq və qapalı yerlərdə iki yaşdan yuxarı olanlar üçün maska taxmağın məcburi olduğunu bildirib. Kolumbiyada indiyədək tibb mərkəzlərində maskadan istifadə olunurdu.