Türkiyədə yayımlanan daha bir serial ilk bölümündən etibarən tənqidlərə tuş gəlib.
Pravda.az xəbər verir ki, bu dəfə söhbət "Çöp adam" adlı ekran işindən gedir. Layihədə yenidən qadınlar xəyanətə məruz qalan tərəf kimi təqdiq olunub. Belə ki, serialda aktrisa Elçin Sangunun canlandırdığı obraza həyat yoldaşı onun bacısı ilə xəyanət edib. Bundan başqa, xəyanət edən ikilinin cəsədləri hamamda çılpaq formada vannanın içində izləyiciyə təqdim olunub.
İzləyicilər ekran işindəki bu kadrların artıq olduğunu, hər şeyi bu qədər çılpaqlığına qədər təqdim olunmaması gərəkdiyini bildirərək iradlarını layihənin sosial media hesablarında şərh ediblər.