Son bir gündə Çində koronavirus qurbanlarının sayı dörd nəfər artıb, xaricdən gələnlərin isə daha 30 nəfərində (ümumilikdə 723) koronavirus aşkar olunub.

Pravda.az-ın xəbərinə görə, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Məlumata görə, Çində koronavirusun yayılması başlayandan bəri yoluxanların 93%-i, o cümlədən son 24 saat ərzində daha 322 nəfər sağalıb. Ölkədə virusun yayılmasının iki ayı ərzində yoluxmuş insanların sayı 81,4 mindən çox, xəstəlikdən rəsmi ölüm səviyyəsi – 4%-dir (3,3 mindən çox insan ölüb).