BURADA REKLAMINIZ OLA
BİLƏR

H&M Rusiyadakı bütün mağazalarını bağladı

Daha əvvəl Rusiyadakı fəaliyyətini dayandırmaq planlarını açıqlayan H&M reteyleri şəbəkənin 150-yə yaxın bütün mağazalarını bağlayıb.


Pravda.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.


"Rusiyadakı bütün H&M Group mağazaları bağlanıb", - deyə məlumatda qeyd olunub.


Avropanın ən böyük geyim və aksesuar pərakəndə şəbəkəsi olan H&M Rusiyada 2009-cu ildən fəaliyyət göstərir. O, Rusiyadakı fəaliyyətini mərhələli şəkildə dayandırmaq qərarını açıqlamışdı. Bu prosesin bir hissəsi olaraq şirkət, qalan malları satmaq üçün bir müddət mağazalar açmağa qərar verdi, sonra anbarlarda məhsullar tükəndiyi üçün mağazalar tədricən bağlandı. Rusiyada 146 H&M mağazası fəaliyyət göstərib.

Trend

Tarix: 6 Dekabr 2022, 22:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin