Siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara dair prosedur müəyyənləşir.
Bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun layihəsində əksini tapıb.
Öhdəlik daşıyan şəxslər (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə tədbirlər həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində önləyici tədbirlər çərçivəsində apardıqları müştəri uyğunluğu tədbirlərin ilə yanaşı, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə aşağıdakı tədbirləri görməlidirlər:
- müştərinin ve benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini tətbiq etməli;
- siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətləri yalnız rəhbərliyin razılığı əsasında yaratmalı və ya davam etdirməli;
- müştərinin ve ya benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğu müəyyən edilən zaman onun təqdim edilən əmlakının, habelə ümumilikdə digər sərvətlərinin mənbəyini müəyyən etmək üçün ağlabatan tədbirlər görməli;
- siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətlərə davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər.
Həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığortaçılar ödəniş həyata keçirilməzdən əvvəl həyatın yığım sığortası şəhadətnaməsi üzrə faydalanan şəxslərin və faydalanan şəxslərin benefisiar mülkiyyətçilərinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olmasını müəyyən etmək üçün tədbirlər həyata keçirməli, yüksək risk müəyyən edildikdə, ödənişi rəhbərliyin razılığı ilə həyata keçirməli, şəhadətnamə sahibi ilə işgüzar münasibətləri hərtərəfli araşdırmalı və əməliyyatlar barədə maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.
Siyasi nüfuzlu şəxslər hər hansı dövlətdə (ərazidə) və ya beynəlxalq təşkilatda mühüm dövlət və ya ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər (dövlət və hökumət başçıları, dövlət orqanlarının (qurumların) rəhbərləri, onların müavinləri, qanunverici orqanın üzvləri, siyasi partiyaların idarəetmə orqanlarının üzvləri, ali və konstitusiya məhkəmələrinin hakimləri, ali auditi həyata keçirən nəzarət orqanlarının və mərkəzi bankların idarəetmə orqanlarının üzvləri, fövqəladə və səlahiyyətli səfirlər, müvəqqəti işlər vəkilləri, ali hərbi və ali xüsusi rütbəli şəxslər, dövlət müəssisələrinin idarəetmə orqanlarının üzvləri, beynəlxalq təşkilatların rəhbərləri, onların müavinləri, idarəetmə orqanlarının üzvləri) sayılacaq.
20 Aprel 13:31
20 Aprel 13:27
20 Aprel 13:18
20 Aprel 13:06
20 Aprel 12:58
20 Aprel 12:29
20 Aprel 12:21
20 Aprel 12:20
20 Aprel 12:17
20 Aprel 11:58
20 Aprel 11:57
20 Aprel 11:33
20 Aprel 11:31
20 Aprel 11:25
20 Aprel 11:19
20 Aprel 11:17
20 Aprel 11:14
20 Aprel 11:12
20 Aprel 11:11
20 Aprel 11:09
20 Aprel 11:08
20 Aprel 11:07
20 Aprel 11:05
20 Aprel 11:02
20 Aprel 11:00
20 Aprel 10:59
20 Aprel 10:42
20 Aprel 10:40
20 Aprel 09:53
20 Aprel 09:42
20 Aprel 09:02
20 Aprel 09:00
20 Aprel 08:59
20 Aprel 08:56
20 Aprel 08:54
20 Aprel 08:52
20 Aprel 08:50
20 Aprel 08:49
20 Aprel 08:47
20 Aprel 08:46
20 Aprel 08:44
20 Aprel 08:41
20 Aprel 08:37
20 Aprel 08:34
20 Aprel 08:31
20 Aprel 08:27
20 Aprel 01:09
19 Aprel 23:57
19 Aprel 23:54
19 Aprel 23:09
19 Aprel 22:37
19 Aprel 22:29
19 Aprel 22:19
19 Aprel 21:59
19 Aprel 21:49
19 Aprel 21:47
19 Aprel 21:44
19 Aprel 21:41
19 Aprel 21:39
19 Aprel 21:37
19 Aprel 19:52
19 Aprel 19:40
19 Aprel 19:38
19 Aprel 19:37
19 Aprel 19:35
19 Aprel 19:33
19 Aprel 19:32
19 Aprel 19:30
19 Aprel 19:17
19 Aprel 19:15
19 Aprel 19:13
19 Aprel 19:12
19 Aprel 19:08
19 Aprel 19:06
19 Aprel 18:55
19 Aprel 18:52
19 Aprel 18:39
19 Aprel 18:36
19 Aprel 18:09
19 Aprel 17:56
19 Aprel 17:52
19 Aprel 17:50
19 Aprel 17:33
19 Aprel 17:15
19 Aprel 17:02
19 Aprel 16:59
19 Aprel 16:40
19 Aprel 16:35
19 Aprel 16:30
19 Aprel 16:12
19 Aprel 16:06
19 Aprel 15:52
19 Aprel 15:46
19 Aprel 15:33
19 Aprel 15:23
19 Aprel 15:17
19 Aprel 15:12
19 Aprel 15:09
19 Aprel 14:59
19 Aprel 14:39
19 Aprel 14:25
19 Aprel 13:59
19 Aprel 13:56
19 Aprel 13:47
19 Aprel 13:45
19 Aprel 13:34
19 Aprel 13:30
19 Aprel 13:28
19 Aprel 13:11
19 Aprel 13:07
19 Aprel 13:01
19 Aprel 12:59
19 Aprel 12:56
19 Aprel 12:42
19 Aprel 12:38
19 Aprel 12:17
19 Aprel 12:15
19 Aprel 12:14
19 Aprel 12:11
19 Aprel 12:06
19 Aprel 11:43
19 Aprel 11:37
19 Aprel 11:06
19 Aprel 10:14
19 Aprel 09:56
19 Aprel 09:49
19 Aprel 09:44
19 Aprel 09:41
19 Aprel 09:39
19 Aprel 09:37
19 Aprel 09:32
19 Aprel 09:27
19 Aprel 09:20
19 Aprel 09:14
19 Aprel 09:11
19 Aprel 09:06
19 Aprel 08:59
19 Aprel 08:59
19 Aprel 08:57
19 Aprel 08:50
19 Aprel 08:26
19 Aprel 08:24
19 Aprel 08:18
19 Aprel 08:17
19 Aprel 08:14
19 Aprel 08:08
19 Aprel 08:05
19 Aprel 08:02
19 Aprel 07:30
19 Aprel 07:12
Ən son xəbərləri səhifəmizdən də izləyin