BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: Hadisələr sülhməramlıların gözünün qarşısında olur, adlarını sülənənməramlı qoymuşam

“Terroru maliyyələşdirən ABŞ, Fransa, Rusiyadır. Bu günə qədər Ermənistanı silahlandıran bu ölkələrdir”.

 

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deputat Aqil Abbas bildirib.

 

Aqil Abbas deyib ki, sadəlövh olmayaq: “Bu gün bütün hadisələr sülhməramlıların gözünün qarşısında olur. Mən onların adını sülənənməramlı qoymuşam. Bunların adını çəkməkdən qorxmayaq. İran da namərd ölkədir. Bunu bilirik. Amma o birilərin də adını çəkək”.

 

Komitə sədri Ziyafət Əsgərov deyib ki, İrandan, Ermənistan və digər dövlətlərdən terrorizmi maliyyələşdirən kanalların qarşısını kəsmək məqsədimizdir.

 

APA

Tarix: 7 Dekabr 2022, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin