“Bu gün bir çox ölkədə tibb işçiləri xəstəliyə yoluxaraq dünyasını dəyişir”.
Məlahət İbrahimqızı: “Koronavirusdan vəfat edən həkimlərə şəhid statusu verilsin”
Pravda.az-ın məlumatına görə, MM-in Əmək və sosial siyasət komitəsi sədr müavini Məlahət İbrahimqızı "Tibbi sığorta haqqında" qanunun müzakirəsi zamanı deyib.
M. İbrahimqızı təklif edib ki, koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilsin: “Türkiyədə bu sahədə çalışan həkimlərə qazi, rəhmətə gedənlərə isə şəhid statusu verilir. Mən də bizim həkimlərə xüsusi status verilməsini təklif edirəm”.