Kapitalizm dövründə insanların ən çox maraqlandığı məsələlərdən biri də maaşların miqdarı ilə bağlıdır. Bu sırada Prezidentlərin məvacibləri də diqqət çəkir.
Pravda.az dünya liderlərinin aylıq maaşlarını təqdim edir:
ABŞ Prezidenti Cozef Bayden aylıq 33 min dollar (56 min AZN) maaş alır.
Almaniya Kansleri Olaf Şolts ayda təxminən 30 min avro (53 min AZN) maaş əldə edir.
Argentina Prezidenti Alberto Fernandesin aylıq maaşı 5443 dollardır (9253 AZN).
Avstraliya Baş naziri Entoni Albanesenin aylıq maaşı 45,770 dollara (77,809 AZN) başa gəlir.