Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France24“ telekanalının qondarma rejimin “rəhbəri” Araik Arutyunyanla müsahibəsinə münasibət bildirib.
Səfir: “France24”ün Araiklə müsahibəsi separatizmi təbliğ edir, sülh səylərinə zərbə vurur
Pravda.az xəbər verir ki, səfir telekanalın bu addımını qınayıb.
O qeyd edib ki, dünya tərəfindən tanınmayan qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “France24“ tərəfindən yayımı separatizmin təbliğinə təkan verir, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur və eyni zamanda, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur.