Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Siyavuş Novruzov Vasif Talıbovla qohumdur?

3 235
Paylaş:
Siyavuş Novruzov Vasif Talıbovla qohumdur?

“Mənim Vasif Talıbovla heç bir qohumluq əlaqəm yoxdur”.

Pravda.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla qohumluq əlaqələrinin olması haqda yayılan məlumatlara münasibət bildirərkən deyib.

O, sözügedən iddianın həqiqəti əks etdirmədiyini vurğulayıb:

“Bu xəbər yalandır, həqiqəti əks etdirmir. Sadəcə, Vasif Talıbovun kürəkəni ilə soyadımız eynidir. Lakin yaxından-uzaqdan qohumluğumuz yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə S.Novruzovun Vasif Talıbovun kürəkəninin əmisi olduğu iddia edilib.

Paylaş:

Ən son xəbərlər