"Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair bəyanatla çıxış etməsinə münasibət bildirərkən deyib.
O, Ermənistan Təhlükəsizlik Şurasının katibi tərəfindən aparılmış müzakirələrin mahiyyətinin birtərəfli qaydada təhrif olunduğunu təəssüflə qeyd edib: "Oktyabrın 13-də Azərbaycan mediasına verdiyim müsahibədə Vaşinqtonda keçirilmiş müzakirələrin məzmunu və mahiyyəti barədə ətraflı məlumat verilib. Bir daha qeyd etmək istərdim ki, guya Vaşinqtonda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunmasına dair açıqlamalar yalandır. Danışıqlarda hər hansı məsələnin qaldırılması həmin məsələyə dair razılığın əldə olunduğu demək deyil. Sentyabrın 27-də Vaşinqton şəhərində, Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan tərəfindən təşkil olunmuş görüşdə tərəfimizdən bir daha bildirildi ki, Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək, bu, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında ölkəmizin daxili işidir, milli suverenlik məsələsidir və hər hansı beynəlxalq mexanizmin yaradılmasından söhbət belə gedə bilməz. Azərbaycan bu məsələni nə Ermənistan və nə də digər dövlətlə və təşkilatla müzakirə etmək fikrində belə deyil. Görüşdə ABŞ nümayəndəsi tərəfindən də Azərbaycanın suverenliyinə hörmətlə yanaşıldığı bir daha qeyd olundu".
H.Hacıyev bildirib ki, Praqa və Soçidə qəbul edilmiş bəyanatlara zidd olaraq, Ermənistan rəsmilərinin Azərbaycanın suveren əraziləri barəsində bu kimi açıqlamalarla çıxış etməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsd kimi qiymətləndirilir: "Bu və son vaxtlar Ermənistan rəsmiləri tərəfindən səsləndirilən digər ziddiyyətli açıqlamalar və irəli sürülən lazımsız yeni elementlər Ermənistan tərəfinin qəsdən sülh müqaviləsi üzrə danışıqları pozmaq və yalnız danışıqlar imitasiyası yaratmaq niyyətini göstərir. Ermənistan tərəfinə bu kimi destruktiv siyasətindən əl çəkməyi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün siyasi iradə nümayiş etdirərək sülh müqaviləsi üzrə danışıqlarda ciddi surətdə iştirak etməyi tövsiyə edirik"./Report
23 Aprel 16:16
23 Aprel 16:15
23 Aprel 16:12
23 Aprel 16:10
23 Aprel 16:09
23 Aprel 16:01
23 Aprel 16:00
23 Aprel 15:46
23 Aprel 15:45
23 Aprel 15:43
23 Aprel 15:42
23 Aprel 15:40
23 Aprel 15:38
23 Aprel 15:30
23 Aprel 15:28
23 Aprel 15:26
23 Aprel 15:08
23 Aprel 14:54
23 Aprel 14:52
23 Aprel 14:51
23 Aprel 14:49
23 Aprel 14:47
23 Aprel 14:44
23 Aprel 14:43
23 Aprel 14:39
23 Aprel 14:36
23 Aprel 14:32
23 Aprel 14:25
23 Aprel 14:22
23 Aprel 14:20
23 Aprel 14:18
23 Aprel 14:17
23 Aprel 14:13
23 Aprel 14:11
23 Aprel 13:40
23 Aprel 13:37
23 Aprel 13:34
23 Aprel 13:24
23 Aprel 13:22
23 Aprel 13:12
23 Aprel 13:10
23 Aprel 13:08
23 Aprel 13:04
23 Aprel 13:02
23 Aprel 13:01
23 Aprel 13:00
23 Aprel 12:53
23 Aprel 12:51
23 Aprel 12:49
23 Aprel 12:47
23 Aprel 12:46
23 Aprel 12:37
23 Aprel 12:19
23 Aprel 12:18
23 Aprel 12:15
23 Aprel 12:13
23 Aprel 12:10
23 Aprel 11:56
23 Aprel 11:53
23 Aprel 11:51
23 Aprel 11:46
23 Aprel 11:41
23 Aprel 11:24
23 Aprel 11:20
23 Aprel 11:14
23 Aprel 11:10
23 Aprel 11:00
23 Aprel 10:58
23 Aprel 10:57
23 Aprel 10:53
23 Aprel 10:32
23 Aprel 10:30
23 Aprel 10:29
23 Aprel 10:25
23 Aprel 10:19
23 Aprel 09:54
23 Aprel 09:41
23 Aprel 09:39
23 Aprel 09:34
23 Aprel 09:27
23 Aprel 09:04
23 Aprel 08:59
23 Aprel 08:57
23 Aprel 08:54
23 Aprel 08:53
23 Aprel 08:51
23 Aprel 08:48
23 Aprel 08:45
23 Aprel 08:42
23 Aprel 08:39
23 Aprel 08:35
23 Aprel 08:33
23 Aprel 08:24
23 Aprel 08:20
23 Aprel 08:17
23 Aprel 08:13
23 Aprel 08:09
23 Aprel 08:06
23 Aprel 08:02
23 Aprel 07:23
23 Aprel 07:00
23 Aprel 06:58
23 Aprel 05:58
23 Aprel 05:55
23 Aprel 05:05
23 Aprel 00:08
22 Aprel 23:36
22 Aprel 23:20
22 Aprel 23:04
22 Aprel 23:00
22 Aprel 22:57
22 Aprel 22:51
22 Aprel 22:49
22 Aprel 22:43
22 Aprel 22:41
22 Aprel 22:39
22 Aprel 22:38
22 Aprel 20:34
22 Aprel 20:32
22 Aprel 20:30
22 Aprel 19:25
22 Aprel 18:39
22 Aprel 18:38
22 Aprel 18:35
22 Aprel 18:34
22 Aprel 18:17
22 Aprel 18:12
22 Aprel 18:10
22 Aprel 17:53
22 Aprel 17:42
22 Aprel 17:20
22 Aprel 17:09
22 Aprel 17:08
22 Aprel 16:58
22 Aprel 16:55
22 Aprel 16:50
22 Aprel 16:40
22 Aprel 16:18
22 Aprel 16:10
22 Aprel 16:05
22 Aprel 15:35
22 Aprel 15:32
22 Aprel 15:31
22 Aprel 15:11
22 Aprel 15:09
22 Aprel 15:07
22 Aprel 15:04
22 Aprel 15:02
22 Aprel 14:59
22 Aprel 14:50
Ən son xəbərləri səhifəmizdən də izləyin