Azərbaycanda koronavirus infeksiyasına ümumilikdə 273 yoluxma faktı qeydə alınıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.