Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Deputat sayt açır - FOTO

1 116
Paylaş:
Deputat sayt açır -       FOTO

Milli Məclisin deputatı Erkin Qədirli sayt açır.

Pravda.az-ın xəbərinə görə, bu barədə E.Qədirli özü məlumat verib.

“Sosial şəbəkədə səhifəmdə özəl yazışma qutusunu bağlamalı oldum. Üzrlü sayın, çatdırmıram. Gün ərzində o qədər ismarış gəlirdi ki, onlara vaxtında cavab yaza bilmirdim. İsmarışların çoxu ətraflı cavab tələb etdiyindən, günlər öncə göndərilmiş ismarışlara cavab yazana qədər, yeniləri gəlirdi. Suallarınız və təklifləriniz, eləcə də tənqidləriniz mənim üçün önəmlidir (heç birisini unutmadım). Bununla belə, bu işi daha səmərəli qurmaq üçün, deputat fəaliyyətimlə bağlı ayrıca internet sayt açmaq qərarına gəldim. Texniki işlər artıq görülür. O saytda Milli Məclisdə gördüyüm hər bir işlə (çıxışlar, təkliflər, müzakirələr, səfərlər, müsahibələr, səsvermələr və s.) bağlı məlumat ala, oradaca sual verə, təkliflərinizi göndərə biləcəksiniz” – E.Qədirli qeyd edib.

Paylaş:

Ən son xəbərlər