BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya sülhməramlıları Şuşada aksiya keçirilən əraziyə əlavə qüvvə və texnika cəlb edir - VİDEO - YENİLƏNDİ

Rusiya sülhməramlıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyasının keçirildiyi əraziyə əlavə canlı qüvvə və texnika cəlb edir.

 

Aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirir, bununla bağlı lazımı tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun görüşə gəlməsini tələb edirlər.

 

Tanınmış vəkil Zərdabın xüsusi notariusu təyin edilib.

 

***

10:26

 

Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyası keçirir.

 

Aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.

 

Erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirilir, bununla bağlı lazımı tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb olunur.

 

APA

 

Fotoları təqdim edirik
Tarix: 12 Dekabr 2022, 11:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin