Xankəndində başında de-fakto Volkov-Vardanyan cütlüyünün durduğu separatçı rejim orada xəstəxanalarda ağır vəziyyətdə olanların Laçın yolunun bağlanması səbəbindən İrəvana aparıla bilməmələri ilə bağlı səs-küy qaldıraraq bunu soyqırımı kimi təqdim edirlər. Əlbəttə cəfəngiyatdır. Soydaşlarının timsalında Vardanyan, 366-cı alayın başında duranlarla eyni məqsədi güdən general Volkov əsl soyqırımın nə olduğunu Xocalıda və bizə qarşı törədilən digər hərbi cinayətlərdən yaxşı bilirlər.
Xankəndindəki ağır xəstələrə gəldikdə, Səhiyyə Naziliyimizə və "TƏBİB"ə təklifim budur ki, onların tezliklə Bakıya gətirilərək ən yaxşı xəstəxanalarımızda müalicə edilmələrinə hazır olduğumuz haqda açıqlama yaysınlar.
Qoy Qarabağdakı dinc haylar görsünlər ki, Azərbaycanda onlara düşmən gözü ilə baxılmır. Amma bu ölkədə qalıb yaşamaq istəyirlərsə, digər vətəndaşlarımız necə onlar da elə qanunlarımıza uyğun hərəkət etməlidirlər, əks təqdirdə Ermənistana üz tutmaqdan başqa yolları yoxdur. Ermənistanda onlara necə yanaşıldığı isə kimsəyə sirr deyil. Və o da sirr deyil ki, Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingenti onların Ermənistana köçüb getməmələri üçün əlindən nə gəlir edəcək.