Deputat Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyev hazırda Dubayda Marsa Dubay kompleksində yaşayır. Həm də həyat yoldaşı Safiyə Möhbalıyeva (Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun qızı) və iki oğlu ilə. Safiya Möhbalıyeva Dubayda bahalı aksessuar, qızıl zinət əşyaları və "Rolex" saatlarının satışı mağazası açıb.
Pravda.az-ın xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.
Deputatın oğlu 2022-ci ildən BƏƏ-də minimum 2 milyon dirhəm (1 milyon manata yaxın) əmlak investisiyası dəyərində verilən 10 illik "Golden Visa" ilə yaşayır. Amma bu onun Dubayda 2022-ci ildən yaşadığı demək deyil. İsfəndiyar Möhbalıyev 2017-ci ildə - hələ xidmət haqda qanunvericiliyi ciddi şəkildə pozaraq Dubayda TASKEEN lisenziyası əsasında müvəqqəti yaşayış icazəsi alıb və bu icazə "Golden Viza" alanadən, yəni 2022-ci ilədək qüvvədə olub. O yalnız 2021-ci ildə xidməti vəzifəsini tərk edib.
İsfəndiyar Möhbalıyev bu binada hər birinin sahəsi 80,49 m² olan iki mənzil (156986391 və 156989399 kadastr nömrəli, 1001 və 1401 saylı) alıb.