Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Azərbaycana qar yağıb

Paylaş:
Azərbaycana qar yağıb
Bizi Google News-da izləyin

Ötən gün – noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağa isə arabir qar yağıb.

Qaxda (Sarıbaş) 21, Zaqatalada 12, Kişçayda (Şəki) 10, Şəmkir, Tovuzda 9, Gədəbəydə 8, Balakən, Daşkəsəndə 6, Oğuzda 5, Gəncə və Ağstafada 4, Göygöldə 2, Qazax, Samux, Mingəçevirdə 1 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 21, Şahdağda 20, Goranboyda 19, Kəlbəcər və Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib.

Paylaş:

Ən son xəbərlər