Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

QHT “Müasir Təlim Texnologiyaları” layihəsini həyata keçirir

Paylaş:
QHT “Müasir Təlim Texnologiyaları” layihəsini həyata keçirir
Bizi Google News-da izləyin

Bu gün dünya təhsili rəqəmsal transformasiya mərhələsini yaşayır. Süni intellekt texnologiyalarının təhsil sistemində tətbiqinin genişlənməsi bu sahədə yeni imkanlar yaratmaqla yanaşı, çoxsaylı elmi-texnoloji layihələrin həyata keçirilməsini də zəruri edir. Bu prosesdə dövlət qurumları və universitetlərlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, xüsusilə qeyri-hökumət təşkilatlarının da fəal iştirakı mühüm əhəmiyyət daşıyır.

“Peşəyönümlü təhsilin inkişafına yardım” İctimai Birliyi (PTİYİB) də bu istiqamətdə ictimai əsaslarla “Müasir Təlim Texnologiyaları” adlı layihə həyata keçirir. İnnovativ təhsil layihəsinin ideya müəllifi və rəhbəri PTİYİB-in sədri, dosent İlham Əhmədovdur.

Layihəyə bakalavr pilləsində təhsil alan 20 tələbə cəlb olunub. Dörd onlayn təlimdən ibarət layihənin ilkin mərhələsində iştirakçılar üçün süni intellektin əsaslarına dair iki onlayn təlim keçirilib. Təlimlər zamanı tələbələrə süni intellekt alətlərinin köməyi ilə “Müasir Təlim Texnologiyaları” kursu üzrə öyrədici elektron resursların hazırlanması yolları izah edilib. Layihənin növbəti mərhələsində tələbələrin hazırladıqları rəqəmsal resursların sosial şəbəkələrdə paylaşılması nəzərdə tutulur. Bu məqsədlə eyniadlı YouTube kanalı yaradılıb. Kanalda ümumilikdə 25 öyrədici videoresurs və podkastın yerləşdirilməsi planlaşdırılır. Artıq 10 video kanalın izləyicilərinin istifadəsinə verilib.

YouTube kanalına bu link vasitəsilə baxmaq mümkündür: https://www.youtube.com/@MüasirTəlimMetodları

Layihə çərçivəsində 25 audiovizual resursla yanaşı, 25 infoqrafik xarakterli intellektual xəritənin də hazırlanması nəzərdə tutulur. Bu rəqəmsal tədris materiallarının hazırlanması və təhsil prosesində tətbiqi gələcək müəllimlərin, eləcə də hazırda məktəblərdə çalışan gənc müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır.

Layihənin həyata keçirilməsi tələbələrdə süni intellekt alətlərindən praktik istifadə bacarıqlarının və müasir rəqəmsal tədris resursları hazırlamaq üzrə səriştələrin formalaşdırılmasına xidmət edir.

Gələcəkdə əlavə maliyyə mənbəyi əldə ediləcəyi təqdirdə layihənin genişləndirilməsi, “Müasir Təlim Texnologiyaları” YouTube kanalında yerləşdirilən video və podkastların sayının 50-yə çatdırılması nəzərdə tutulur. Bu, kursun məzmununun daha geniş əhatə olunmasına imkan verəcək.

Paylaş:

Ən son xəbərlər