Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Dünya

Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb

Paylaş:
Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb
Bizi Google News-da izləyin

İran Prezidenti Məsud Pezeşkian ölkədə yaşanan enerji böhranı fonunda elektrik enerjisinə qənaət tədbirlərini əyani şəkildə nümayiş etdirmək məqsədilə dövlət televiziyasının nümayəndələrini öz iş otağına dəvət edib.

Bu barədə İran mətbuatında məlumatlar yayılıb.

İran dövlət televiziyasının əməkdaşı Pezeşkianın kabinetinə baş çəkərək, dövlət başçısının hazırda hansı şəraitdə fəaliyyət göstərdiyini lentə alıb. Dövlət başçısı otaqda işıqlandırma və istilik sistemlərinin tam söndürüldüyünü göstərib.

Onun sözlərinə görə, bu cür addımlar enerjidən istifadə həcmini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Pezeşkian həmçinin vurğulayıb ki, havalar daha da soyuyacağı təqdirdə, əməkdaşlar işi davam etdirmək üçün daha kiçik ölçülü otağa keçə bilərlər.

Oxu.Az

Paylaş:

Ən son xəbərlər