Azərbaycanda təbii qaz üzrə illik istehlak limiti 2027-ci il yanvarın 1-də yenilənəcək.
Bununla da abonentlərin yeni təqvim ili üzrə qaz sərfiyyatının hesablanmasına başlanacaq.
Hazırda əhali üçün təbii qazın qiyməti illik istehlak həcmindən asılı olaraq üç pillə üzrə müəyyənləşdirilir:
-İllik 1200 kubmetrədək – 12,5 qəpik;
-1200–2500 kubmetr arası – 22 qəpik;
-2500 kubmetrdən artıq – 30 qəpik.
Beləliklə, 2026-cı ildə istifadə edilmiş qaz həcmi 2027-ci ilin limitinə daxil edilməyəcək. Yanvarın 1-dən etibarən yeni illik hesablama dövrü başlayacaq.