Gəncədə uşağına görə aliment ödəməyən qadın cəzalandırılıb.
Məlumata görə, Hüseyn Namazov 2011-ci ildə ailə həyatı qurub və 2014-cü ildə övladı dünyaya gəlib. 2019-cu ildə H.Namazovla həyat yoldaşı arasında olan nikah pozulub və məhkəmənin qərarı ilə uşağın 18 yaşına çatana qədər atasından hər ay 220 manat aliment tutulub. Məhkəmənin hesablamasına görə, uşağın yetkinlik yaşına çatana qədər atadan tutulacaq məbləğ ümumilikdə 28 min 800 manat müəyyən edilib. H.Namazov keçmiş həyat yoldaşı ilə razılaşıb və həmin vaxta qədər inflyasiya nəzərə alınaraq qadına 40 min manat ödəyib. Məbləğ tam ödənildiyi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən həmin icra sənədi üzrə icraata xitam verilib.
2022-ci ildə H.Namazov azyaşlı oğlunun psixoloji vəziyyətinin pisləşməsi barədə məlumat alıb və onun anasından alınaraq öz himayəsinə verilməsi barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib və uşaq anasından alınaraq atasının himayəsinə verilib. Ata övladı üçün ödədiyi alimentin xərclənməmiş hissəsinin geri qaytarılmasını məhkəmədən xahiş edib.