Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı

Paylaş:
İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
Bizi Google News-da izləyin

“İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran üç ən vacib faktoru sadalasaq birincisi xroniki stress, ikincisi artıq çəki, üçüncüsü isə isti iqlimlərdə yaşamaqdır”.

Pravda.az xəbər verir ki, bu sözləri nevropatoloq Hüseyn Sultanov deyib. 

O bildirib ki, xroniki stress iki ildən sonra insan vücudunda bir çox dəyişiklikləri yaradır: “Ürək döyüntülərinin sayı üç il ərzində təqribən 10 faiz artacaq. Yəni ürəyiniz təqribən 70 vurğu vurursa, üç ildən sonra 80 vurğu vuracaq. Bu da ürəyin yaşam müddətinin təqribən 7-10 il ərzində qısalması deməkdir. Ən ciddi dəyişiklik əzələlərdə baş verir. Ürəkdə olduğu kimi skelet əzələlərində gərginlik baş verir. Bu onun qida tələbatına və mikroelementlərə olan tələbatını artırdığı üçün o gərginlik daimi bel ağrıları, boyun ağrıları, çiyinlərin sallanması, qadınlarda üz dərisinin sallanması, yeni qırışların yaranması, əzələlərdə kramp kimi anlaşılmaz narahatlıqları yaradır. Dəridə olan dəyişikliklər isə çox gözə çarpan olur. Dəridə qırışların sayı artır, baş və bədən tükü daxil olmaqla, kirpik, qaşlarda tüklərin miqdarı azalır. Sümüklərin kalsium, fosfor mikroelementlər, kollagenlə zənginliyinin miqdarı azaldığı üçün daimi oynaq ağrıları bel və sümük ağrıları izlənilir. Bu, mədə-bağırsaq sistemində də özünü göstərir. Mədədə ağrıya həssaslıq artır, bağırsağın peristaltikası pozulduğu üçün gah qəbizlik, gah da ishal halları müşahidə edilir, ancaq ishal halları daha tez-tez rast gəlinir. Bağırsaqda daimi spazmlar, köpün artması və bağırsaqda olan diskomfortun sayı çoxalır. Təbii ki, hissiyyat orqanları da zəifləyir. Gözlər daha zəif görməyə başlayır, astiqmatizm varsa, onun gücü artır, iy bilmək hissi zəifləyir, dad bilmə hissi rəngarəngliliyini itirir və eşitməmiz daha zəifləyir. Əgər ailə tarixçənizdə xroniki beyin xəstəlikləri varsa, məsələn xroniki beyin qan dövran pozğunluğu, Parkinson xəstəliyi, kəskin beyin qan dövranı pozğunluğu, insult -  belə risklər də artır. Yaddaş pozğunluğu labüddür bu hər kəsdə olur, ancaq xroniki stress yaşayan adamların yaddaşı 20-30 faiz daha çox zəif olur. Xroniki stresdən xilas olmağın yolu yoxdursa bu istiqamət üzrə müalicə alınmalıdır. Bəzi insanlar deyir ki, dərmanlar vücuda zərər verir. Qeyd edim ki, xroniki stresin verdiyi zərəri heç bir dərman verə bilməz”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər