Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, zərərçəkən avtomobil almaq məqsədilə banklardan birindən 4 000 manat kredit götürərək pulu yaşadığı evə gətirib. O, mənzildə olmadığı müddətdə pulun oğurlandığını bildirib.