“Elə həşir salıblar ki, sanki Əli Kərimli dünən tutulub, qandalı da mən vurmuşam! Əlinin ən yaxın adamlarının, xüsusən də Fuad Qəhrəmanlının istintaqla əməkdaşlıq edərək verdiyi ifadələr qalıb kənarda. Bütün it-pişik, qocalı-cavanlı şəbəkə tökülüb üstümə! Nə olub? Nə baş verib? Əli Kərimlinin həbsindən düz altı il əvvəl açıq yazdığım, danışdığım məsələləri istintaqda və məhkəmədə təkrar etmişəm. Moskvada qurulan Milli Şuranın Bakıya gətirilməsi barədədir hər şey! Başqa bir mövzu yoxdur! Mənim ifadəm də, dediklərim də 2013-cü ildə qurulan Milli Şura epizodu üzrədir. 2013-cü ildən başlayaraq mən hər yerdə bu layihəni vətənə xəyanət hesab etdiyimi yazmışam. Öz imzamla və açıq. Buna görə də 2013-cü ilin əvvəllərinə qədər dost olduğum Əli Kərimli ilə, seçkidə vəkili olduğum Cəmil Həsənli ilə münasibətim pozulub, düşmən olmuşuq”.
Rauf Arifoğlu: “Əli Kərimli məhkəmədə üzümə və şəxsimə “üzəduran” deməyə cəsarət etmədi”
Pravda.az-ın xəbərinə görə, bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib.
R.Arifoğlu xatırladıb ki, Kərimli həbs olunan gün onu istintaqa çağırıblar, 2013-2014 və 2019-cu illərdə yazdığı, sosial mediada paylaşdığı yazıdakı xüsusatları soruşublar: “İfadə verdim. Yazıların özəti kimi. Nə yeni fakt açıqlamışam, nə də kənar kiminsənin adını çəkmişəm! Yalandır! Əli Kərimli məhkəmədə üzümə və şəxsimə “üzəduran” deməyə cəsarət etmədi. Cəm halında məhkəməni, aparılan prosesi sifarişli, bütün şahidləri saxta və üzəduran adlandıraraq, ifadə verməyəcəyini bildirdi. Məndən əvvəl ifadə verən şahidlərin heç biri də onun xeyrinə ifadə verməyiblər! Mənə aid məhkəməyə xitabən dediyi: “Siz gerçək məhkəmə olsaydınız, bu adamı şahid kimi dəvət edə bilməzdiniz. Bu şəxs mənim hakimiyyətə gəlməməm üçün əlində silah vuruşacağını deyib. Mənə açıq qərəzlidir…” olduğu kimi yazıram! Bunları deyərkən özü də, səsi də titrəyirdi. Vəssalam. Susub, oturub. Amma sonra da vəkilləri ilə şəbəkə itlərinə komandası verib. İndi bu komanda ilə köpəkli-qancıqlı bir linç kampaniyası başlayıblar. Bütün bunları izləyirəm. Kimin nə etdiyini, nə yazdığını toplayıram. 56 dəqiqə ifadədə olmuşam. Səlis, dürüst, birxətli. Bütün stenoqramı da, səs yazısını da ortaya qoya bilərəm. Və belə getsə qoyacağam da. Əli Kərimlinin şəbəkə itləri utanan deyil, fakt onlara lazım da deyil. Amma bəziləri bundan 100 faiz utanacaqlar. Hələliksə məhkəmədə baş verənlər barədə yazdığım məqaləni təqdim edirəm. Və bir də verdiyim ifadənin bütün mahiyyətini özündə daşıyan köhnə yazılarımı. Oxuyun, görün kim nə deyib, kim üzə durub, kim 7 il öncədən hər şeyi üzünə yazıb”.