Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Qreypfrutun acı dadını azaltmağın yolları

Paylaş:
Qreypfrutun acı dadını azaltmağın yolları
Bizi Google News-da izləyin

Qış aylarında daha çox istehlak edilən sitrus meyvələrindən biri olan qreypfrut özünəməxsus turşməzə və bir qədər acı dada malikdir. 

Pravda.az bildirir ki, c vitamini və liflə zəngin olan bu meyvəni düzgün təmizləmək və yemək üsulları onun dadını daha xoş edə bilər.

Qreypfrutu yeməyin ən asan yollarından biri onu iki yerə bölərək qaşıqla istehlak etməkdir. Meyvəni portağal kimi soyub dilimlərə ayırmaq da mümkündür. Bu zaman dilimləri əhatə edən ağ pərdələrin təmizlənməsi acı dadın azalmasına kömək edir.

Qreypfrutdan meyvə salatlarının, müxtəlif içkilərin və tərəvəz salatlarının hazırlanmasında da istifadə olunur. Onun turşməzə dadını balanslaşdırmaq üçün banan, çiyələk, alma və portağal kimi şirin meyvələrlə qarışdırmaq, yaxud az miqdarda bal əlavə etmək olar. Çəhrayı və qırmızı ətli qreypfrut növləri isə adətən daha şirin dada malikdir.

Bu meyvə və onun şirəsi bəzi dərmanlarla, xüsusilə müəyyən xolesterin və təzyiq preparatları ilə qarşılıqlı təsir göstərə bilər. Buna görə mütəmadi dərman qəbul edən şəxslərə qreypfrut yeməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək tövsiyə olunur.

Bundan başqa, turşuluğuna görə qreypfrut bəzi insanlarda mədə yanması və reflü əlamətlərini artıra bilər.

Əminə Bayramova

Paylaş:

Ən son xəbərlər