Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

"Yazırlar ki, Allah sənə ölümün tezini nəsib eləsin, tez gedəsən"

Paylaş:
"Yazırlar ki, Allah sənə ölümün tezini nəsib eləsin, tez gedəsən"
Bizi Google News-da izləyin

Aparıcı və aktyor Sərxan Kərəmoğlu sosial şəbəkələrdə ünvanına yazılan xoşagəlməz rəylərdən danışaraq narazılığını dilə gətirib.

O, "Sevilən səhər" verilişində bəzi istifadəçilərin şərhlərdə ona ölüm arzuladığını, hətta tezliklə dünyasını dəyişməsini dilədiyini bildirib. Kərəmoğlu həmçinin haqqında "düşər-düşməzliyi var, qəbir yeri götürməyin" kimi fikirlərin yazıldığını söyləyib.

Aktyor bu cür münasibətin arxasında xurafat və cəhalətin dayandığını vurğulayaraq ona qarşı belə davrananlara səslənib:

"Şərhlərdə yazırlar ki, Allah sənə ölümün tezini nəsib eləsin, tez gedəsən. Çox adam deyir ki, düşər-düşməzlik gətirir, qəbir yeri götürməyin. Tanrı sənin məzar yeri götürüb-götürməməyinə görə səninlə bağlı qərarını dəyişəcək? Nə qədər cahil xurafatlara inanmışıq. Mən sizə nə etmişəm ki, belə yazırsınız? Bildiyim adamlar da saxta hesablardan yazanlardır"./milli.az

Paylaş:

Ən son xəbərlər