Cənab Prezidentin hər sərəncamına hörmət və ehtiramla yanaşırıq. Yeni təyinat uğurlu olsun. Ümidvaram ki, hər şey yaxşı olacaq.
Bu sözləri Teleqraf-a açıqlamasında dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Elçin Babayevin həyat yoldaşı Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.
“Elçin müəllim hər zaman öz missiyasını vicdanla, zəhmətlə və sevərək yerinə yetirib”, - deyə o, qeyd edib.