Son illər sağlam qidalanmaya marağın artması ilə qarabaşaq da gündəlik qida rasionunda daha çox yer almağa başlayıb.
Pravda.az bildirir ki, bu bitki təbii olaraq qlütensizdir və bu xüsusiyyəti ilə digər taxıl məhsullarından fərqlənir.
Tərkibində bitki mənşəli zülal, lif, maqnezium və manqan olan qarabaşaq orqanizmin bir sıra qida ehtiyaclarının qarşılanmasına kömək edir. Həmçinin antioksidant birləşmələrlə zəngindir.