Göbələklə qatığın birlikdə istehlakının zəhərlənməyə səbəb olduğu barədə yayılan fikirlər həqiqəti əks etdirmir.
Pravda.az bildirir ki, təzə, yeyilə bilən və düzgün şəraitdə hazırlanmış göbələklə qatığın birlikdə qəbul edilməsində ümumiyyətlə heç bir təhlükə yoxdur. Bu iki qidanın bir araya gəldikdə zəhərli maddə yaratdığına dair elmi sübut mövcud deyil.
Göbələk zəhərlənməsinin əsas səbəbi zəhərli növlərin istehlakı, eləcə də məhsulun düzgün saxlanılmaması və hazırlanmasıdır. Qatıq, süd və ayran zəhərli göbələklərin təsirini aradan qaldırmır və zəhərlənmədən qoruma vasitəsi hesab edilmir.