Bakının Nəsimi rayonunda sosial şəbəkədə başlayan tanışlıq oğurluqla nəticələnib.
Pravda.az Lent.az-a istinadən xəbər verir ki, iş axtarmaq məqsədilə paytaxta gələn, müvəqqəti qalmağa yerləri olmayan iki nəfər sosial şəbəkədə tanış olduğu şəxsdən kömək istəyiblər.
Onları yardım etmək üçün evinə dəvət edən şəxs yaxşılığın qurbanı olub. Lakin göstərilən münasibətdən sui-istifadə edən şəxslər gecə saatlarında evdən 3300 manat dəyərində qızıl-zinət əşyaları, kompüter avadanlıqları və pul oğurlayaraq qaçıblar.