Bakıda 74 yaşlı kişi bıçaqlanıb, hadisəni törətməkdə bağban şübhəli bilinir.
Hadisə ötən gün paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 8-ci dalanda yerləşən stomatoloqa məxsus evdə baş verib.
Həkimin bağbanı ilə sürücüsü arasında yaranan münaqişənin sonu qanla bitib.
İddialara görə, tərəflər arasında münaqişə onlar evdə sərxoş vəziyyətdə olarkən baş verib. Həkimin sürücüsü işləyən Həsənağa Həsənovu bıçaqlamaqda şübhəli bilənən bağban Zakir adlı şəxs dərhal ərazini tərk edib. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.