Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Deputat səhiyyə təşkilatlarının nümayəndələri ilə görüşdü - FOTO

Paylaş:
Deputat səhiyyə təşkilatlarının nümayəndələri ilə görüşdü - FOTO
Bizi Google News-da izləyin

Azərbaycan Milli Qeyri-hökumət Təşkilatları (QHT) Forumunda “Səhiyyə islahatları: Dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq və dialoq” mövzusunda görüş keçirilib. 

Pravda.az xəbər verir ki, görüşdə səhiyyə sahəsində fəaliyyət göstərən 20-yə yaxın QHT nümayəndəsi iştirak edib. 

Görüş Azərbaycan Milli QHT Forumunun idarə heyətinin üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Pərvanə Vəliyevanın təşəbbüsü ilə baş tutub. 

Tədbirin açılış nitqi ilə çıxış edən Milli QHT Forumunun idarə heyətinin sədri Ramil İskəndərli görüşün məqsədinin səhiyyə sisteminin bütün sahələrinin ölkə əhalisi üçün əlçatanlığının təmin edilməsi üçün dövlətlə vətəndaş cəmiyyətinin sıx və səmərəli əməkdaşlığı barədə fikir mübadiləsi olduğunu vurğulayıb. Tədbirdə iştirak edən ictimai Birliklərin rəhbərləri və nümayəndələri səhiyyə ilə əlaqədar fəaliyyətlərini səsləndirərək, təkliflər irəli sürüblər. Müzakirələr interaktiv şəkildə aparılıb və bütün iştirakçılar dinlənilib. Müzakirələr zamanı əlilliyi olan şəxslərin sağlamlıq problemləri, kistoz-fibroz, vərəm, hemofiliya, şəkərli diabet kimi xəstəliklərlə milli mübarizə tədbirləri, pasiyentlərə dəstək, həmçinin, uşaqların psixi sağlamlığının qorunması ilə bağlı tədbirlər müzakirə olunub, təkliflər irəli sürülüb. Deputat Pərvanə Vəliyeva səsləndirilən və müzakirə edilən bir sıra məsələlərin qanunvericilik çərçivəsində öz həllini tapması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə müraciətlər olunacağını və vətəndaş cəmiyyəti ilə bu sahədə təmasların davam etdiriləcəyini bildirib.

Paylaş:

Ən son xəbərlər