Azərbaycanın Xalq artisti, Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, deputat Polad Bülbüloğlu səhhətində yaranan ciddi problemlər və İsraildə keçirdiyi əməliyyatlar barədə danışıb.
O, bu barədə “YouTube” platformasında yayımlanan “Sheinkin40” layihəsində danışıb.
Bakıda verdiyi müsahibədə Polad Bülbüloğlu son illərdə gözlərində yaranan problemlərlərdən danışıb. O, müalicə imkanlarını araşdırmaq üçün ABŞ, Rusiya daha bir neçə ölkədə həkim konsultasiyalarında iştirak edib. O gözləri ilə bağlı problemin həllini İsraildə tapdığını etiraf edib.