Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Nazpəri Dostəliyevadan tənqidlərə cavab: "Vəfat edən övladımdan üzr istədim"

Paylaş:
Nazpəri Dostəliyevadan tənqidlərə cavab: "Vəfat edən övladımdan üzr istədim"
Bizi Google News-da izləyin

"Yeddi il ərzində bir dəfə də olsun qol qaldırmamışdım. Oynadığım üçün vəfat edən övladımdan üzr istədim".

Qaynarinfo xəbər verir ki, Xalq artisti Nazpəri Dostəliyeva məclislərin birində rəqs etdiyinə görə onu tənqid edənlərə münasibət bildirib.

Müğənni sonradan sosial şəbəkələrdə rəqsinin görüntülərini izləyərkən keçirdiyi hisslərdən danışıb. O, həmin rəqsə görə özünü günahkar hiss etdiyini və vəfat etmiş övladından üzr istədiyini deyib:

"Sonradan rəqsi görəndə, sözün açığı, çox pis oldum. Övladımdan üzr istədim. Axı toyunu etdiyim də mənim balamdır. Elə bir musiqi çalındı ki, özümdən asılı olmadı".

Qeyd edək ki, Xalq artisti Nazpəri Dostəliyevanın bir neçə gün əvvəl məclislərin birində rəqs etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun rəqsi bir çox izləyici tərəfindən maraqla qarşılansa da, bəzi şəxslər “Oğlu ölən ana oynamaz” kimi ifadələrlə müğənnini tənqid ediblər.

Paylaş:

Ən son xəbərlər