Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

İndoneziyada 7.2 bal gücündə zəlzələ oldu

Paylaş:
İndoneziyada 7.2 bal gücündə zəlzələ oldu
Bizi Google News-da izləyin

İndoneziyanın şərq bölgəsində 7.2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Bu barədə ölkənin Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyi açıqlama yayıb.

Seysmik hadisənin episentri Cənub-Qərb Maluku bölgəsindən 43 kilometr şimal-qərb istiqamətində, yeraltı təkanların ocağı isə 125 kilometr dərinlikdə müəyyən edilib. "Zəlzələ nəticəsində sunami təhlükəsi gözlənilmir", - deyə agentlikdən bildirilib.

Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar haqqında məlumat yoxdur.

Paylaş:

Ən son xəbərlər