"Ana kimi fədakarlıq etməmişəm, ata kimi fədakarlıq etmişəm. Uşaqlarımın anası anam olub. Onları dayə yanında qoymamışam. Hər şeyi o edib, anam böyüdüb. Mən ancaq iş-güc arxasınca qaçmışam. Onlara atalıq etmişəm. Mənim və anamın nəzarəti olub ki, savadlı, tərbiyəli, sağlam böyüyüblər".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli “Qonaqcanlı” proqramında deyib. Müğənni xaricdə yaşayan övladlarından danışıb.