Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Deputatdan Əli Kərimli ilə bağlı açıqlama: “Bu, əslində suallardan, ittihamdan yayınmaqdır”

Paylaş:
Deputatdan Əli Kərimli ilə bağlı açıqlama: “Bu, əslində suallardan, ittihamdan yayınmaqdır”
Bizi Google News-da izləyin

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barələrindəki cinayət işi üzrə məhkəmə davam edir. Məhkəmənin dünən keçirilən iclası barədə qeyd edilib ki, son iclasda vaxtilə Milli Şurada təmsil olunan politoloq Eldar Namazov, ADP sədri Sərdar Cəlaloğlu, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu şahid qismində ifadə veriblər.

Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə Əli Kərimlinin iddiaları rədd etməsinə münasibət bildirib. 

A.Mirzəzadənin sözlərinə görə, şahidlərdən biri tanınmış jurnalist Rauf Arifoğlunun məhkəmədə verdiyi ifadə ilə bağlı böyük bir yazısı dərc edilib: “O bildirir ki, gördüklərini məhkəməyə danışıb. Əli Kərimli isə heç bir iddianı cavablandırmayıb, sadəcə olaraq bildirib ki, bu suala cavab verməyəcək, qəbul etmir. Bu, əslində suallardan, ittihamdan yayınmaqdır. O zaman ittihamları rədd edərdi ki, arqumentli şəkildə onların əsassız olduğunu isbat edərdi. Sadəcə olaraq “qəbul etmirəm, bu, düzgün deyil” deyə bildirmək hələ onun söylədiklərinin həqiqət olduğunu bildirmir. Əli Kərimli Cinayət Məcəlləsinin konkret maddələri ilə ittiham olunub, məhkəməsi gedir və məhkəmə həmin o ittihamlar, dindirmələr nəticəsində qərarını verəcək. İlkin məlumatlar ondan ibarətdir ki, o sadəcə olaraq cavab verməkdən imtina edir. Bu isə onu göstərir ki, onun bu ittihamları qəbul etməmək üçün əlində ciddi əsaslar yoxdur. Məhkəmənin nəticəsini gözləyək. Verilən ittihamlar əsasında qərar qəbul ediləcək, eyni zamanda onun özü, vəkilləri qərarla razı olmasalar, o zaman onların Apellyasiya Məhkəməsinə və sonradan Ali Məhkəməyə müraciət etmək hüquqları var. Əli Kərimli Azərbaycan vətəndaşıdır, bu gün o Azərbaycan Cinayət Məcəlləsinə əsasən ittiham edilir və onun müdafiə olunmaq, arqumentlərini bildirmək və əsaslandırmaq hüququ var. Yox, nəticə ilə razılaşmayacaqsa, onun müvafiq olaraq məhkəməyə şikayət etmək hüququ var”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər