14 oktyabr 2026-cı ildə 112 yaşlı Kirsten Şvalbe uzunömürlülük rekordu müəyyənləşdirərək Danimarka tarixinin ən yaşlı insanı olub. O, 112 il 218 gün yaşayıb.Yaşına baxmayaraq, qadın kifayət qədər fəal sosial həyat sürür. Onun televiziyada öz verilişi və "Instagram"da 50 min izləyicisi olan hesabı var (hazırda səhifə əlçatan deyil). Yubiley tədbiri KİV-də geniş işıqlandırılıb, Şvalbeni hətta siyasətçilər də təbrik ediblər.
Lakin cəmi iki gün sonra Danimarkanın "Kristeligt Dagblad" qəzeti İkinci Dünya müharibəsi illərində Şvalbenin Danimarkanın nasist partiyasında (DNSAP – Danimarka Milli Sosialist Fəhlə Partiyası) rəhbər vəzifə tutduğunu üzə çıxarıb.
Qəzetin araşdırması Şvalbenin “Gülməli nəyəsə ehtiyacımız var” (We Need Something to Laugh About) adlı bioqrafik kitabının nəşrə hazırlanması ilə əlaqədar aparılıb. Kitabda onun nasist keçmişindən bəhs edilmir.
Arxiv sənədlərinə əsasən, Şvalbe Almaniyanın Danimarkanı işğal etməsindən sonra, 1941-ci ilin avqustunda partiyaya qoşulub. 1943-cü ilin avqustundan 1944-cü ilin iyulunadək o, Holstebro şəhərində partiyanın yerli şöbəsinin rəhbəri vəzifəsini icra edib, eyni zamanda partiyanın yerli qadın təşkilatına rəhbərlik edib.