Qazaxda zəhərlənmə hadisəsi baş verib.
Hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V.Məmmədov Kəmərli kəndində evdə dəm qazından boğularaq ölüb. 49 yaşlı kişinin meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib.